İran Xarici İşlər Nazirliyi Fransanın “Şarl Hebdo” jurnalının karikaturalarını dərc etməsinə cavab olaraq ölkədəki Fransa Araşdırma İnstitutunu bağlayacağını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Təəssüf ki, uzun illərdir ki, “ifadə azadlığı” nəcib məfhumundan mədəniyyətə zidd hərəkətlərə pərdə kimi istifadə edən və insanı, insan ləyaqətini, yüksək mənəviyyatını ləkələyən fransız jurnalının anti-insani hərəkətləri və dini dəyərlər, bu cür hərəkətlərin davamıdır, o cümlədən əvvəlki illərdə Peyğəmbər (s) haqqında təhqiramiz karikaturaların dərc edilməsi bütün dünya müsəlmanlarının qəzəbinə və etirazına səbəb olur”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Fransanın “Şarl Hebdo” jurnalında karikaturalar dərc edildikdən sonra İran Xarici İşlər Nazirliyi bunu pisləyib, Fransa nəşrini əxlaq normalarını, dini ziyarətgahları, siyasi və dini hakimiyyətin nüfuzunu pozmaqda, suverenlik və milli rəmzləri təhqir etməkdə ittiham edib.
- Ukrayna müharibədə tədricən uduzur - Fedorov
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!
- Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu