Bakıda iki sürücünün bir-birinə yol verməməsi qətllə nəticələnib.
BUTA.TV xəbər verir ki, hadisə bu gün gecə saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Qənbər Elman oğlu Qənbərov idarə etdiyi avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən avtomobilin sürücüsü, Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Sənan Şirxan oğlu Hacıyev arasında mübahisə yaranıb.
Mübahisə S.Hacıyevin Q.Qənbərova yol verməməsi üstə baş verib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya səbəb olub. Nəticədə S.Hacıyev üzərində gəzdirdiyi bıçaqla Q.Qənbərova bədəninin müxtəlif hissələrindən bir neçə bıçaq zərbəsi endirib.
Yaralı ağır vəziyyətdə "Yeni Klinika"ya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q.Qənbərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Hacıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
- Müavinət və təqaüd alanların nəzərinə
- ADY-dən Yevlax–Bərdə dəmir yolu xətti ilə bağlı açıqlama
- Prezident Qalibafı qəbul etdi - Fotolar
- Telefonunu maşına çırpıb pul tələb edirdi, saxlanıldı - Video
- İranla sərhəddə PUA zərərsizləşdirildi - Foto
- "Azercell"in süni intellekt təlimlərinə start verilir
- "Azərikard"dan kartlarda yaranan problemlə bağlı açıqlama
- “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı