Nikol Əliyev qarşısında bu öhdəliyi götürüb - Andresyan

11:44 - 6 Yanvar 2023 - GÜNDƏM

 Nikol Əliyev qarşısında bu öhdəliyi götürüb - Andresyan

Laçın yolunda baş verənlər 10 noyabr Üçtərəfli Bəyanatın nəticəsidir. Artıq əminliklə deyə bilərik ki, Ermənistan Baş naziri Nikol Paşinyanın 10 noyabr sənədini imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyevlə müəyyən razılaşmaları olub. Sonradan Vaşinqton, Nyu York, Brüssel və Praqada keçirilən görüşlər zamanı bu razılaşmalar formalaşdırılıb. Soçidə isə İrəvan və Bakı Kremlə bildiriblər ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və Qarabağı öz müqəddəratını təyinetmə hüququ olmadan Azərbaycanın bir hissəsi hesab edir. Paşinyan həmişə olduğu kimi, bu biabırçılıqdan qurtulmağa çalışır. Laçın yolu ilə əlaqədar vəziyyətə heç bir aidiyyəti olmayan boş-boş bəyanatlar verir. Bağışlayın, cənab Paşinyan, siz artıq Qərb, Türkiyə və Azərbaycanla razılığa gəlmisiniz, bu bəyanatlar boşdur.

BUTA.TV xəbər verir ki, bunu erməni siyasi şərhçi Edik Andresyan deyib.

“Hamı başa düşür ki, sülhməramlı missiyası olan ərazidə heç bir dövlətin ordu qüvvələri əliyalın etirazçılara qarşı silahlı mübarizəyə başlaya bilməz. Laçın yolunu kimin bağlamasından asılı olmayaraq, bu insanlar silahsızdırlar və sülhməramlıların həyatına heç bir təhlükə törətmirlər. Paşinyan isə sanki bunları bilmirmiş kimi Rusiyaya çağırış edib, yolun istənilən üsulla, o cümlədən silah gücünə açılmasını istəyir. Yəni, Paşinyan çox gözəl bilər ki, Rusiyanı Azərbaycana qarşı təcavüzə sövq edir. Lakin sülhməramlıların açdığı birinci güllədən sonra Azərbaycan rus sülhməramlıların ölkəni tərk etməsini tələb edəcək. İrəvan Laçın yolunun açılması üçün çox şey edə bilər, lakin bunun üçün Ermənistana normal hökumət və qərar qəbul edən şəxslər lazımdır. Müharibədə təslim olan, ən sadə işlərdə iki eşşəyin arpasını bölə bilməyən hakimiyyətdən nə gözləyirsən?” - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol