Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni klinika" tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.
BUTA.TV xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, İlqar Mustafayev "Yeni klinika" tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, 2015-2019-cu illərdə "German" Hospitalda baş direktor, 2021-2023-cü illərdə isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində inzibati işlər üzrə müavin vəzifələrində çalışıb.
- Naxçıvanda çaylardan sel keçir
- Bu xəstəxananın direktoru işdən çıxarıldı
- Neftçalada DOST filialı fəaliyyətə başladı
- Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı - Foto
- Müavinət və təqaüd alanların nəzərinə
- ADY-dən Yevlax–Bərdə dəmir yolu xətti ilə bağlı açıqlama
- Prezident Qalibafı qəbul etdi - Fotolar
- Telefonunu maşına çırpıb pul tələb edirdi, həbs edildi - Yenilənib+Video