“Vasif Talıbovla bağlı son günlər yayılan əksər xəbərlər şayiədir. Deyirlər, Talıbovun oğlu müğənniyə 8 milyonluq villa bağışlayıb. Mən o villanın şəklini gördüm, qiyməti heç bir milyon manat da olmaz. Talıbovlar bir müğənniyə niyə 8 milyonluq villa bağışlasın axı?!”
Pravda.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Aqil Abbas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladlarının bəzi xanım müğənnilərə bahalı hədiyyələr verməsi iddiaları haqda danışarkən deyib.
O, belə bir şeyin baş verməsinə inanmadığını bildirib:
“Düzdür, imkanlı şəxslər müğənnilərə hansısa məqsədlə villa, avtomobil və digər bahalı hədiyyələr bağışlayırlar, amma hazırda Vasif Talıbovla bağlı xəbərlər çox şişirdilir. Talıbov burada, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) burada! Dövlət araşdırıb üzə çıxaracaq ki, o, kiməsə ev bağışlayıb, ya yox. Hər şey araşdırmalar zamanı bəlli olacaq”.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı