Gürcüstan parlamentinin üzvü Rati İonatamişvili Ukrayna prezident administrasiyasının müşaviri Mixail Podolyakın Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili haqqında bəyanatını Gürcüstanın ədalət mühakiməsinə müdaxilə adlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
"Bu, bir az utancverici bəyanat oldu - mən gəlib həbsdə olan Saakaşvilini öz əllərimlə götürəcəm. Mən bunu ciddi qəbul edə bilmirəm", - İonatamişvili bildirib.
Qeyd olunur ki, bu, gürcü ədalət mühakiməsinə müdaxilə cəhdidir, çünki belə bir qərar məhkəmə tərəfindən müstəqil və obyektiv hallar nəzərə alınmaqla qəbul edilir və bu qərarın qəbuluna heç kim müdaxilə edə bilməz.
Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
Ukrayna prezident administrasiyasının müşaviri Mixail Podolyak mediaya müsahibəsində bildirib ki, Ukrayna hakimiyyəti Gürcüstan hökumətinə eks-prezident Saakaşvilini müalicə üçün onlara köçürməyi rəsmən təklif edir. Hökumət onu birbaşa Ukraynaya keçirmək istəmirsə, o zaman istənilən üçüncü Avropa ölkəsinə verilə bilər. Podolyak Saakaşvili üçün şəxsən gəlməyə hazırdır.
- Bakının bu yollarında sıxlıq var - Siyahı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan və bu ölkələr onları Türkiyəyə göndərdi
- Masallıda əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi
- Bakının bu istiqamətində yol bağlandı
- “PubG” Azərbaycanda qadağan edilə bilər
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...