“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən BUTA.TV-a verilən məlumata görə, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.
Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.
- Bu şəxslərin imtahan nəticələri ləğv edildi
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı
- Qəbul imtahanının nəticəsi elan olundu
- Kitabın qəhrəmanıdır, tankın kabusu... - Video
- MÜTDA-dan sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq
- Naxçıvanda çaylardan sel keçir
- Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar - Fotolar