Sabah Beştəpədə Türkiyə Nazirlər Kabinetinin bu il üçün ilk iclası keçiriləcək.
BUTA.TV xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyilə keçiriləcək iclasda inflyasiya ilə mübarizədə yeni ildə atılacaq addımlar da müzakirə olunacaq.
Təqaüd yaşının tənzimləməsini ehtiva edən qanun layihəsinin həftənin əvvəlində Türkiyə Böyük Millət Məclisinin sədrinə təqdim edilməsi də gündəmdədir. Tənzimləmə ilə 2 milyon 250 min insan üçün pensiya yolu açılacaq.
Nazirlər Kabinetinin iclasının gündəliyinə 7-ci məhkəmə paketi də daxildir. Narkotik aludəçisi olan cinayətkarların müalicəsi üçün özəl həbsxanalar yaradılacaq. Ədliyyə naziri Bəkir Bozdağın Nazirlər Kabinetinin iclasında təqdimatından sonra paket Türkiyə Böyük Millət Məclisinə göndəriləcək.
Nazirlər Kabinetinin iclasında inflyasiya ilə mübarizə də müzakirə mövzusu olacaq. İnflyasiyanın azalmasının davam etməsi üçün yol xəritəsi müəyyən ediləcək. Bundan əlavə, terrorla mübarizə, enerji təhlükəsizliyi və xarici siyasətdə baş verən proseslər də müzakirə olunacaq.
- Bayramov: Türkiyədən tarixdə görülməmiş göstəriş verildi - Video
- Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM
- Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
- AZAL səyahətləri daha rahat edir - Video
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN
- Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi