Ukrayna ordusunun Makeyevka şəhərində müvəqqəti olaraq əsgərlərin yerləşdiyi binaya raket hücumu nəticəsində 89 rus əsgəri həyatını itirməsi barədə xəbər vermişdik.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, əks-hücuma keçən Rusiya Ukraynada bir kazarmaya qarşı qisas hücumunda 600 Ukrayna əsgərinin öldürüldüyünü açıqlayıb.
Yanvarın 1-də Ukrayna ordusu Donetsk vilayətinin Makeyevka şəhərində rus qoşunlarının müvəqqəti yerləşdiyi binaya ABŞ istehsalı olan 6 ədəd HİMARS raketi ilə hücum edib. Hücum nəticəsində binanın tavanı və divarları zədələnərkən, rus əsgərlərindən 89-nun həyatını itirdiyi bildirilib.
Bu hadisə dünyada böyük əks-səda doğursa da, Rusiyanın qisası dəhşətli olub. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın Kramatorsk şəhərində hərbi kazarmanın vurulduğu, 600 Ukrayna əsgərinin öldürüldüyü barədə məlumat var.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya ordusunun Ukrayna ərazisində həyata keçirdiyi hücumlarla bağlı verdiyi açıqlamada, Ukrayna əsgərlərinin yerinin Rusiya kəşfiyyatının dəstəyi ilə müəyyən edildiyini bildirib.
Konaşenkov açıqlamasında yeni ilin ilk günündə Ukrayna ordusunun Makivka şəhərinə raket hücumu nəticəsində 89 rus əsgərinin həlak olduğunu, cavab olaraq Kramatorsk şəhərinə hücum etdiklərini də əlavə edib.
Rusiya prezidenti Vladimir Putin də pravoslav Milad bayramı ilə əlaqədar Ukraynada 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-a qədər qoşunların təmas xətti boyunca atəşkəs barədə göstəriş vermişdi. Rusiyanın birtərəfli qaydada elan etdiyi müvəqqəti atəşkəsin qüvvəyə minməsinə təxminən bir saat qalmış Rusiya ordusunun hücuma keçdiyi bildirilib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko da bildirib ki, Rusiya Xersonda yanğınsöndürmə məntəqəsini bombalayıb, hücum nəticəsində bir yanğınsöndürən ölüb, 4 nəfər yaralanıb. Geraşenko daha sonra qeyd edib ki, hücum zamanı yanğınsöndürmə texnikası və bina zədələnib.
Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Kiril Timoşenko isə bildirib ki, hücum zamanı 4 partlayış baş verib və yanğınsöndürmə məntəqəsinin yaxınlığındakı ev yanıb. O, qeyd edib ki, Rusiya beynəlxalq hüququ pozaraq son 2 gündə Xersonda ikinci yanğınsöndürmə məntəqəsini vurub.
Rusiya Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlamada isə Rusiyanın atəşkəsə əməl etdiyi və Ukraynanın rus əsgərlərinin mövqelərini bombalamağa davam etdiyi bildirilib.
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi