Azərbaycanın Qarabağ istiqadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan hissəsində fəaliyyət göstərən separatçı tör-töküntüsünün “rəsmisi”, Rusiyadan göndərilən milyarder Ruben Vardanyanın bugünkü video-müraciətində şok faktlar üzə çıxıb.
BUTA.TV xəbər verir ki, Ruben Vardanyan erməni icmasının “blokada şəraitində” necə dolanmasını dolayısı ilə etiraf edib.
Onun sözlərindən belə anlaşılıb ki, hazırda imkanlı ailələr Yeni il tətili keçirir, istirahət edir, dincəlir; bəziləri isə tonlarla benzin alıb və “dar gün üçün” saxlamaq və yaxud ehtiyacı olan məhsula dəyişməklə məşğuldur.
Vardanyan bildirib ki, bir çox mağaza sahibi malları nisyə və yaxud pulsuz verməkdən imtina edirlər. Onun fikrincə, guya mağaza sahibləri tanışlarına ərzaq və digər məhsulları pulsuz verməlidirlər. Nədənsə, milyarder Ruben həmin məhsulları özü alıb, pulsuz paylamaq haqda düşünməyib.
Vardanyanın bu sözləri bir müddət öncə “Erməni İnqilabçı” Teleqram kanalının paylaşımını xatırladır. Kanal Qarabağdakı erməni icmasına müraciət edərək, restoranlardan yeyib-içməklə bağlı fotolar paylaşmamağa çağırmışdı. Çünki bu fotolar “Qarabağdakı ermənilərin humanitar fəlakətlə üzləşməsi” haqda erməni təbliğatını məhv edir, bu şəkilləri görənlər ermənilərin normal həyat yaşadığı, restoranlara və tətilə getdiyi, hər hansı çətinliyinin olmadığına əmin olurlar.
- Bayramov: Türkiyədən tarixdə görülməmiş göstəriş verildi - Video
- Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM
- Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
- AZAL səyahətləri daha rahat edir - Video
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN
- Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi