Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.
Bakı Şəhər İcra Hakimiyyətindən BUTA.TV-a bildirilib ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib.
İşlər səhər saat 05:00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.
Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır.
- Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?
- Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? - Foto
- Kelloq Umerovla görüşdü
- ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi