Bu gün 04:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində mənzillərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “fin” tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Yanğın nəticəsində birinci mərtəbədəki birotaqlı mənzil 35kv.m. və ikinci mərtəbədə yerləşən digər birotaqlı mənzil 35kv.m. sahədə yanıb, partlayış dalğasının təsirindən hər iki mənzilin divarları dağılıb və mənzillər yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının binada yerləşən digər mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər vətəndaş xilas olunub, iki nəfər yüngün bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!