Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, Ə.Quliyev ötən ilin noyabr-dekabr aylarında, eləcə də yanvarın 7-də rayon ərazisində yerləşən dörd fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurub. Bundan əlavə, qeyd edilən müddət ərzində saxlanılan şəxsin Mustafabəyli rayonun Bəylik kəndi ərazisində uzunluğu 1200 metr olan kabel oğurlaması da müəyyən edilib.
Həmçinin, saxlanılan zaman polis əməkdaşları tərəfindən Ə.Quliyevin yaşadığı ünvana keçirilən baxış zamanı oradan təmiz çəkisi 6 kiloqram 100 qram olan marixuana da aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı