Bizdə olan məlumatlara əsasən, Pentaqon Kiyevə təcili sürətdə üç böyük hərbi korpus yaratmasını tapşırıb. Bu korpusların yaradılması üçün Ukrayna hakimiyyətinə 75 min hərbiçinin lazım olduğu bildirilir. Bununla bağlı hazırda Ukrayna ərazisində misli görünməmiş səfərbərlik start götürüb.
Bu fikirləri BUTA.TV-a tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
“İlk növbədə ukraynalı qaçqınların çox olduğu ölkələrdəki səfirliklərə səfərbərliyə məruz qalan kişiləri müəyyənləşdirmək və yerli polisin köməyi ilə onları Ukraynaya göndərmək tapşırığı verilib. Xüsusilə Polşada minlərlə ukraynalı səfərbərliyə cəlb olunacaq. Yeni qaydalara əsasən, 18-60 yaş arasında olan şəxslər Ukraynada hərbi bilet olmadan işləyə və yaxud ailə qura bilməz. Bu yolla Kiyev Pentaqonun tapşırığını yerinə yetirməyə çalışır. Bu qeyri-adi səfərbərlik Ukraynada hamıya təsir edəcək”, - deyə o qeyd edib.
- Bakının bu yollarında sıxlıq var - Siyahı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan və bu ölkələr onları Türkiyəyə göndərdi
- Masallıda əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi
- Bakının bu istiqamətində yol bağlandı
- “PubG” Azərbaycanda qadağan edilə bilər
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...