Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə çıxış edərkən deyib.
"Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.
Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq", - Prezident qeyd edib.
- İrəvan və Tehran sadələşdirilmiş gömrük dəhlizi yaradır
- Azərbaycan və Türkiyə liderləri İrəvana dəvət olunub - Mirzoyan
- Mehdiyev Rusiyaya məktubunda nə yazıb? - Tam mətn
- Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - Fotofakt
- Mehdiyev işi: İstintaqa elə bir dosye təqdim olundu ki...
- İrəvan Bakı-Ankara yolunu niyə açmağa çalışır?
- Azərbaycanla əlaqələrin bərpasına hazırıq - Şvıdkoy
- Azərbaycanla işləməyə davam edirik - Paşinyan