Bu gün Bakıya qar yağması və yollardakı tıxac səbəbindən taksi xidmətləri qiymətləri iki dəfəyə yaxın bahalaşdırıb.
BUTA.TV xəbər verir ki, səhər saatlarından 12:00-a qədər müxtəlif taksi şirkətlərinin qiymətlərində 80-100 faiz arasında artım müşahidə edilib.
Eyni zamanda, konkret marşrut üzrə hərəkət edən “manatlıq taksilər” də qiymətləri kəskin artırıb, bəzi istiqamətlərdə artım 3-5 manat təşkil edib.
Hazırda isə qiymətlər stabilləşib. Taksi şirkətlərinin əksəriyyəti qiymətləri adi günlərdəki səviyyəyə endiriblər.
Taksi şirkətlərindən verilən məlumata görə, qiymət artımına qar yağdığı üçün taksi fəaliyyəti ilə məşğul olan şəxslərin işə çıxmaqdan ehtiyat etməsi, taksilərin azalması, tələbatın artması, eyni zamanda yollardakı böyük tıxaclar səbəb olub.
- Adını Albert qoy! - Video
- Bu şəxslərin imtahan nəticələri ləğv edildi
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı
- 700 balı Burlaxatun yığdı
- Qəbul imtahanının nəticəsi elan olundu
- Kitabın qəhrəmanıdır, tankın kabusu... - Video
- MÜTDA-dan sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq