Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti orqanlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə işləri aparacaq.
Bu barədə BUTA.TV-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, peyvəndləmə bu ilin yanvar ayında ilk dəfə helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə aparılacaq. Aldadıcı yemi paylayacaq marşrut müəyyənləşdirilərək müvafiq xəritə tərtib edilib. Marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla təqribən 600 km məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketinin paylanması nəzərdə tutulub.
Bununla bağlı həmin briketlərə toxunulmaması və digər zəruri məlumatlarla bağlı sakinlər arasında maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi məqsədilə posterlər və bukletlər hazırlanıb:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
"Son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxması müəyyənləşdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin “PVS aləti” vasitəsilə beş ballıq meyarla qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib və müasir dünya təcrübəsinə uyğun olaraq yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib".
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı