Muğanlı-İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində yollarda buzlaşma əmələ gəlib.
BUTA.TV xəbər verir ki, 9 nömrəli “Yol İstismarı” MMC-nin istehsalat rəisi Fazil Qasımov Azərtac-a bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkəti üçün gündüz olduğu kimi axşam saatlarında da canlı qüvvə və texnika işləyir. Muğanlı-İsmayıllı, həmçinin Qəbələ istiqamətində yollara texniki duz və qum səpilir, paralel olaraq yolun hərəkət hissəsində olan qar kürünür.
Qeyd edək ki, hazırda bu ərazilərdə havanın temperaturu – 4-5 dərəcə müşahidə olunur. Qar yağmaqda davam edir.
Ağsu dolaylarında da yolların bəzi hissələrində buzlaşma var, lakin hazırda yol hər iki istiqamətdə açıqdır.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
4 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin sahə rəisi Eldar İsrafilovun məlumata görə, hazırda yollarda təmizləmə işləri fasiləsiz aparılır. Kifayət qədər duz və qum ehtiyatı var. Sahə rəisi sürücülərə mümkün qədər gecə saatlarında yola çıxmamağa tövsiyə edib.
Ağsu dolaylarında havanın temperaturu – 3-4 dərəcədə müşahidə olunur.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı