Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov daha bir vəzifəsini itirib.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan MR təşkilatının sədrliyindən də çıxarılıb. Bu barədə hələ ki, rəsmi açıqlama verilməsə də, YAP-ın rəsmi veb-səhifəsində Naxçıvan MR təşkilatı ilə bağlı bölümdə sədr vəzifəsi boş göstərilib. Bundan əvvəl orada Vasif Talıbovun adı qeyd olunmuşdu.
Güman ki, Vasif Talıbovun sədr postunu itirməsi ilə bağlı yaxın günlərdə YAP-ın rəsmi açıqlaması yayılacaq.
Məlumat üçün deyək ki, YAP-ın Naxçıvan MR təşkilatı 1995-ci ildə təsis edilib. Vasif Talıbov həmin ildən təşkilata sədrlik edirdi.
- Bayramov: Türkiyədən tarixdə görülməmiş göstəriş verildi - Video
- Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM
- Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
- AZAL səyahətləri daha rahat edir - Video
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN
- Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi