Ötən illə müqayisədə Azərbaycanda taksilərdən istifadə edən sərnişinlərin sayı 2 faiz azalıb.
BUTA.TV xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 272,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
2021-ci ilin eyni dövründə isə taksilərdən istifadə edən sərnişinlərin sayı daha çox olub. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 6,3 milyon sərnişin daşınıb. Avtomobil nəqliyyatı üzrə sərnişinlərin 92 faizi avtobus, 8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
- MKİ direktoru Putini təhdid edib: Cavab sərt olacaq...
- Tramp Səudiyyə ilə nüvə sazişini Konqresə göndərdi
- Ən yaşlı və ən gənc tələbə onlar oldu - Foto
- Zelenski İlon Maskı təltif etdi
- Türkiyədə zəlzələ oldu
- 1645-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi
- Pakistanda yanğın: 15 körpə öldü