İranda etirazlar zamanı öldürülən 519 nəfərdən 69-u uşaqdır. 20 min etirazçı isə saxlanılıb. Onların 3 mini Güney azərbaycanlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri güneyli fəal Murtaza Muradpur yaydığı videoməlumatda deyib.
O, “Erk” insan haqları dərnəyinin son etirazlarda öldürülən və haqqında edam hökmü çıxarılan şəxslərlə bağlı statistikasını açıqlayıb.
“Ağır maddələrlə ittiham olunan 120 nəfərin əksəriyyəti edam olunmaq təhlükəsi ilə üz-üzədir. 16 nəfər azərbaycanlı haqqında da edam hökmü çıxarılıb. 33 nəfər güllə yarası alaraq öldürülüb. Heydər Əzimi Qarabaşi adlı şəxs polis idarəsində işgəncələrə məruz qalaraq həyatını itirib. Edam hökmü verilən şəxslərdən bir çoxuna Avropa Birliyi müvəkkillik etsə də, iki nəfər rejim tərəfindən asılaraq öldürülüb. Səhənd Nurməhəmmədzadənin Rəcəyi-Şəhr həbsxanasına göndərilməsi heç də xoş xəbər deyil. Çünki bu zindana göndərilən şəxslər sonda asılaraq edam olunur. Buna mane olmaq üçün hamını səfərbərliyə çağırıram”, - o bildirib.
- Ümid edirəm ki, Köçəryana görə Moskvadan zəng gəlməyəcək
- ABŞ İrana hücum etməyəcək, planı budur...
- Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu
- MKİ direktoru Putini təhdid edib: Cavab sərt olacaq...
- Tramp Səudiyyə ilə nüvə sazişini Konqresə göndərdi
- Ən yaşlı və ən gənc tələbə onlar oldu - Foto
- Zelenski İlon Maskı təltif etdi
- Türkiyədə zəlzələ oldu