Bakıda və Abşeron yarımadasında bu gün axşama doğru qar yağmasının tədricən kəsiləcəyi gözlənilir. Axşam şəhərətrafı ərazilərdə yollar buz bağlayacaq. Sabah gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu sabah gündüz temperatur yüksələrək, 1-3 dərəcə isti olacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
“Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu bir qədər də yüksələrək gündüz 3-5 dərəcə isti olacaq.
Rayonlarımızda isə sabah hava bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarımızda yollar buz bağlayacaq. Havanın temperaturu gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda isə 5-10 dərəcə şaxta olacaq. Ayın 13-14-də isə gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 5-10 dərəcə şaxta olacaq”, - Verdiyev bildirib.
- Bayramov: Türkiyədən tarixdə görülməmiş göstəriş verildi - Video
- Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM
- Leyla və Arzu Əliyevalar Pəncəli Teymurovun ailəsini ziyarət etdi
- AZAL səyahətləri daha rahat edir - Video
- Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
- Tiflisin ən hündür yerində Azərbaycan bayrağı işıqlandırıldı
- Nə qədər ərazi minalardan təmizlənib? - XİN
- Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi