Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “seçki” keçirmək istədiyi, lakin sonda bu qərardan vaz keçdiyi haqda məlumatlar yayılmışdı. Erməni mənbələrin iddialarına görə, Araik Arutyunyanın “seçki” qərarından geri çəkilməsinin səbəbi bunu reallaşdırmaq imkanlarının olmadığını anlaması olub.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Araikin fikrindən daşınmasına səbəb olan digər məqamlarla bağlı da məlumatlar yayılıb.
“Hraparak” nəşri yazır ki, Rusiyadan Araikə məktub göndərilib:
“Rusiyanın mesajında bildirilib ki, “əgər “hökuməti” buraxsan və yeni “seçki” keçirsən, sülhməramlılar bu vəziyyətdə “seçkilərin” dinc və təhlükəsiz şəraitdə baş tutmasını təmin edə bilməyəcəklər”. Xüsusilə Bakının yeni “seçki”nin qarşısını alacağı haqda xəbərdarlıq edilib. Bu mesajdan sonra Araik qərarından imtina edib”.
- Bu metro stansiyalarında lift olacaq
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- İlham Əliyev fərman imzaladı
- Masazırda normal səki mövcud deyil - Ekspert
- Qum adasında əməliyyat: saxlanılan var - Video
- Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi
- Sabah Bakıya yağış yağacaq