ADY-dən Yevlax–Bərdə dəmir yolu xətti ilə bağlı açıqlama

17:51 - 24 İyun 2026 - GÜNDƏM

 ADY-dən Yevlax–Bərdə dəmir yolu xətti ilə bağlı açıqlama

ADY Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işlərini davam etdirir.

BUTA.TV xəbər verir ki, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.

Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir.

Hazırda yol yatağının tikintisi davam etdirilir.

Qeyd edək ki, bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol