Naxçıvana uçuşlar ləğv edildi

13:03 - 24 İyun 2026 - GÜNDƏM

 Naxçıvana uçuşlar ləğv edildi

Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol