Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
BUTA.TV agentliyə istinadən xəbər verir ki, bu çərçivədə Qara Qarayev prospektinin Cəmşid Naxçıvanski və Bəhruz Nuriyev küçələri arasında yerləşən köməkçi hissəsində təmir işləri icra olunub.
Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün frezlənməsi aparılaraq, normativ tələblərə uyğun yeni asfalt-beton örtüyü döşənib. Təmir olunan hissənin uzunluğu 500 metr, ümumi sahəsi isə 3 500 kvadratmetr təşkil edir.
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab
- Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədərdir?
- Xamenei ordunun başına onu gətirdi