Sosial şəbəkələrdə Bakıda bir şəxsin əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb etməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
“BUTA.TV” xəbər verir ki, keçirilən tədbirlərlə həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Elman Hüseynov olduğu müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi məlum olub. Onun qanunsuz əməlləri ilə bağlı araşdırma aparılır, barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
***
Saxlanılan şəxs müvafiq qərarla inzibati qaydada həbs edilib.
- Bu qrup üzrə bir abituriyent 700 bal topladı
- Qəbul imtahanının nəticəsi elan olundu
- Kitabın qəhrəmanıdır, tankın kabusu... - Video
- MÜTDA-dan sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat
- Sabah bu rayonda qaz olmayacaq
- Naxçıvanda çaylardan sel keçir
- Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar - Fotolar
- Bu xəstəxananın direktoru işdən çıxarıldı