Venesuelada baş verən güclü zəlzələlər nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox şəxs isə xəsarət alıb.
“BUTA.TV” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodriges bildirib.
Onun sözlərinə görə, ən çox zərər çəkmiş bölgə La-Quayra ştatı olub:
“La-Quayrada onlarla bina uçub və hazırda biz mümkün qədər çox insanın həyatını xilas etmək üçün çox gərgin xilasetmə işləri aparırıq”.
Xatırladaq ki, Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Hadisədən sonra hökumət fövqəladə vəziyyət elan edib, paytaxt Karakas və ətraf bölgələrdə xilasetmə əməliyyatlarına başlanılıb.
***
CNN telekanalının məlumatına görə, Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 164 nəfərə çatıb, daha 971 nəfər isə yaralanıb.



- Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi - Video
- Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi
- DSMF BMT mükafatına layiq görüldü
- Prezident səfiri geri çağırdı - Sərəncam
- Bu metro stansiyalarında lift olacaq
- Onlar şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!