Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
BUTA.TV xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla 20 Yanvar tarixinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə qürur və başucalığı gətirən günlərdən biri kimi, xalqımızın qəhrəmanlıq səhifəsinə daxil olub, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib:
“Bu gün hər birimiz şəhidlərimizin əziz xatirəsi qarşısında öz hörmət və ehtiramımızı bildiririk. Onlar Vətəni bütövləşdirən, milli kimliyimizi qoruyub saxlayan qəhrəman oğul və qızlarımızdır. Tarix boyu azadlıq, müstəqillik uğrunda mübarizə aparan Azərbaycan övladları gələcəyimizin işıqlı və parlaq olması üçün şirin canlarından keçdilər.
Bu gün hər birimiz bu tarixin möhtəşəmliyini və əzəmətini başa düşürük və gələcək nəsillərə bu möhtəşəmliyi və əzəməti ötürərək şəhidlərimizin böyük fədakarlığını bir daha anlamış oluruq”.
Bildirilib ki, faciədən bir gün sonra Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Şəhid Ülvi Bünyadzadənin bacısı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə hər il anım günü ilə bağlı Azərbaycan Dillər Universitetində olduğunu söyləyib. Xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğunu bildirib. O, şəhidlərin ölməzliyi, əbədiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonra Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Samirə İmanova 20 Yanvar faciəsini tarixi aspektdən təhlil ediblər.
Tədbir tələbələrin sualları ilə davam edib.
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu