19 yanvar tarixində İslandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Tordis Kolbrun Reykfyörd Gilfaddottirin (Thórdís Kolbrún Reykfjörd Gylfadóttir) Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı yerdəki reallıqları əks etdirməyən bəyanatı təəssüf doğurur.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
Qeyd olunub ki, Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının, onların qeyri-qanuni şəkildə Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara bu cür münasibət anlaşılan deyil. Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətə qarşı etirazlar Azərbaycan vətəndaşlarının hüququdur və buna hörmətlə yanaşılmalıdır. Bu kimi bəyanatlar bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı gərginliyin artmasına gətirib çıxarır.
Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatlarında da qeyd edildiyi kimi, guya Laçın yolunun “bağlanması”, bölgədə “humanitar fəlakət” yarandığı barədə iddialar əsassızdır. Ötən müddət ərzində Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarının, erməni təcili tibbi maşınları daxil olmaqla 800-ə yaxın nəqliyyat vasitəsinin heç bir maneə olmadan yoldan keçməsi bir daha sübut edir ki, yol bağlı deyil. Bununla yanaşı, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə mövcud deyildir. Həmçinin dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycan hökuməti erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır. Özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin erməni sakinlərin yoldan istifadəsinə mane olmaqla süni şəkildə humanitar böhran yaratmaq cəhdləri barədə də danılmaz faktlar mövcuddur.
Avropa Şurası Nazirlər Komitəsinin sədri tərəfindən öz evlərindən köçkün düşmüş yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə, beynəlxalq humanitar hüququ açıq şəkildə pozan Ermənistanın hərbi cinayətlərinə, Vətən müharibəsindən sonra 282 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən və Laçın yolundan sui-istifadə ilə ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minalar yerləşdirməklə davam edən mina təhdidlərinə və digər qanunsuz fəaliyyətlərinə bu günə kimi münasibət bildirilməməsi də sual doğurur. Bu növbəti dəfə ikili standart və selektiv yanaşmanın göstəricisidir.
Avropa Şurası Nazirlər Komitəsinin sədrini qərəzsiz olmağa, bölgədə sülh və əmin-amanlığa xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq.
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu