Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanılıb.
Bu barədə BUTA.TV-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, seysmik stansiyanın cihazlarının parametrlərinə uyğun yerlərinin seçilməsi məqsədi ilə Mərkəzin əməkdaşları Şuşada olublar.
Onlar müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə seysmik stansiyanın quraşdırılması üçün təklif olunan ərazilərə baxış keçiriblər.
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Şuşa şəhərinin yaxınlığında Seysmoloji Mərkəz tərəfindən quraşdırılacaq quyudibi seysmik stansiya üçün yer mütəxəssislər tərəfindən seçilib. Bununla bağlı sənədləşmə və texniki qiymətləndirmə işlərinə başlanılıb.
Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən işğaldan azad olunmuş rayonlarda 10 kompleks seysmoloji-geofiziki stansiyanın quraşdırılması nəzərdə tutulur.
Şuşa şəhəri yaxınlığında quraşdırılacaq quyudibi seysmik stansiyanın cihaz və avadanlıqları Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Azərbaycan seysmoloqlarına hədiyyəsidir.
Başqa sözlə desək, Şuşa seysmik stansiyası Qarabağda seysmik tədqiqatların aparılması ilə yanaşı, Türkiyə və Azərbaycan seysmoloqlarının birgə əməkdaşlığının simvolu olacaq.
- Kimlərin maaşları artacaq? - Millət vəkili
- Şəxsi məlumat yayan media subyekti məsuliyyət daşıyacaq
- Nazir rektorun oğlunu vəzifədən azad etdi - Foto
- Yeni baş nazir Cabbar Musayev kimdir? – Dosye
- İnsan alverinin qurbanına çevrilə bilərsiniz - Xəbərdarlıq
- Cabbar Musayev yeni baş nazir təyin edildi
- 38 yaşlı kişi velosipeddən yıxılıb öldü
- Təmir bitdi, “cəhənnəm tıxacı” aradan qalxdı