Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən şəxsi avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyən şəxslər yalnız Naxçıvan MR vətəndaşları olmalıdır. Onlar öz avtomobilləri ilə sərhədi keçə bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırılmışdı
- Xameneinin öldürüləcəyini bilsəydim... - Qaimpənah
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu
- Rövşən Nəcəfin müşaviri oldu - Foto
- AFFA-dan “Qarabağ”a qarşı növbəti hörmətsizlik!
- Piterdə polkovniki partladan qadın Türkiyəyə qaçıb
- Rusiya 40 saatdır Kiyevi bombalayır
- Nepal bu ölkələrin yardımından imtina etdi
- Bu ünvanlardakı binalar sökülə bilər