Macarıstan hökumətinin və parlamentinin bir sıra üzvləri, həmçinin bəzi müxalifət liderləri milyonlara sahibdir. Onlarına arasında Baş nazir Viktor Orban yoxdur.
BUTA.TV xəbər verir ki, fevralın 1-də Macarıstan parlamentinin saytında dərc olunan 2022-ci ilin gəlir bəyannamələrinə əsasən, ölkənin ən varlı siyasətçisi vaxtilə Londonda səfir işləyən, ondan öncə isə bizneslə məşğul olan hazırkı müdafiə naziri Kriştof Salay-Bobrovnitskidir. Ötən il noyabrın 1-nə olan məlumata görə, onun bank hesablarında 2 milyon avro vəsait var.
İqtisadi inkişaf naziri Marton Nadl 230 min avroluq dövlət istiqrazına sahibdir. İnşaat və nəqliyyat naziri Yanoş Lazar 2022-ci ildə doqquz hektar əkin sahəsi, 0,3 hektar üzümlük və otlaq alıb. Xarici işlər naziri Peter Siyyartonun bank hesabında isə 70 min avro yığılıb.
Ölkə müxalifətçiləri arasında ən varlı şəxslərdən biri “Demokratik koalisiya” partiyasının sədri, sabiq Baş nazir və sahibkar Ferents Dyurçandır. Onun kapitalı 1,2 milyon avro dəyərində qiymətləndirilir.
Macarıstanın Baş nazir Viktor Orbanın bank hesabında isə cəmi 35 min avro vəsait var.
- Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir
- Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi
- Türkiyə - ABŞ matçının ən yaxşı fubolçusu...
- Xankəndidəki hərbi yürüşdən - Fotolar
- İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
- Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı
- Ağcabədidə ağır qəza: ölən var
- Ordumuz yeni modelə keçir, gücünü artırır