Armen Gözəlyan Ermənistan Baş Qərargahının Baş Operativ İdarə rəisi vəzifəsindən azad edilərək, xüsusi ordu korpusunun komandiri təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan sərəncam imzalayıb.
Gözəlyan yeni vəzifəsində Artak Budaqyanı əvəz edib.
Levon Kasyan və Qagik Poqosyan Gözəlyanın müavinləri təyin ediliblər. Kasyan həmçinin xüsusi korpusun qərargah rəisidir.
Qeyd edək ki, xüsusi ordu korpusu 2021-ci ilin avqustunda yaradılıb. İndiyə qədər ona 4-cü ordu korpusunun rəhbəri olan Artaq Budaqyan rəhbərlik edirdi.
- İranın nüvə bombası İsrailin sonu deməkdir - Netanyahu
- “Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
- Rusiyada Arestoviçə hökm oxundu
- Tiflsidə 15 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto
- Rusiya Ukraynanı açıq şəkildə bombalamalıdır - Tolstoy
- Xameneinin öldürüləcəyini bilsəydim... - Qaimpənah
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu
- Rövşən Nəcəfin müşaviri oldu - Foto