Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq prokurorunun həbs edilməsi barədə məlumatları təkzib edib.
Qurumun Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı.
"Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır", - məlumatda qeyd olunub.
- Piterdə polkovniki partladan qadın Türkiyəyə qaçıb
- Rusiya 40 saatdır Kiyevi bombalayır
- Nepal bu ölkələrin yardımından imtina etdi
- Bu ünvanlardakı binalar sökülə bilər
- Pezeşkian Urmiya gölü ilə bağlı xüsusi göstərişlər verdi
- İspaniyada müdhiş oğurluq: 4 dəqiqəyə tarixi muzey soyuldu
- Kral öldü, yaşasın yeni kral: Norveç hökuməti təcili iclas keçirir
- Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu - Foto