Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibənin başlandığı tarixə - 24 fevrala qədər genişmiqyaslı hücuma hazırlaşır. Putin bu tarixə qədər müharibədə dönüş yaratmağa çalışır. Çünki Putin anlayır ki, onu dəstəkləyən rusların müharibənin uzanmasından narazılıqları artır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, 24 fevraldan sonra müharibənin ikinci ili başlacaq və rusların “müharibə nə zaman bitəcək” sualı getdikcə aktuallaşacaq.
“Putinin tələsməsinin bir başqa səbəbi də var. Putin fevralın sonuna qədər müharibədə həm də ona görə dönüş yaratmaq istəyir ki, Qərb ölkələrinin Ukraynaya vəd etdikləri hərbi texnika və tanklar müharibə zonasına çatdırıla bilməsin. Çünki Ukrayna Qərb ölkələrindən yüzlərlə tank və uzaqmənzilli raketlər, o cümlədən artileriya qurğuları əldə edərsə, müharibənin gedişini öz xeyrinə dəyişə bilər. Kreml Qərbi qabaqlamaq istəyir. İndiki halda Rusiya Ukraynada işğal ərazisini genişləndirmək məqsədilə 500 minlik qoşun toplayıb.
Fəzail Ağamalını ölümə aparan səbəb — Onlar bir-birinin üzünə necə baxırlar?
Vəziyyətin mürəkkəb olduğunu Ukrayna Prezidenti Vladimir Zelenski və müdafiə naziri Aleksey Reznikov da etiraf ediblər”.
Politoloqun sözlərinə görə, Qərb ölkələri yenə ləng tərpənirlər:
“Qərb ölkələri içərisində elələri də var ki, Kiyevə hərbi yardım vədi vermələrinə baxmayaraq, Ukraynanın məğlubiyyətini gözləyirlər. Belə dövlətlərin məqsədi Rusiya ilə keçmiş əlaqələri bərpa etməkdir”.
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO
- Ermənilər də Yutubdan pul qazana biləcək
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu