Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Kəlbəcər rayonunda yerləşən bölmələrin döyüş hazırlığının yoxlanılması üçün mediatur təşkil edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, jurnalistlər Murovdağ silsiləsinin 3 260 metr hündürlüyündə olan Ömər aşırımından keçərək Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində və rayon ərazisində yerləşən hərbi hissədə olublar.
Səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər.
Media nümayəndələri döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.
Daha sonra komandoların döyüş hazırlığı yoxlanılıb.
Şəxsi heyət real döyüş şəraitinə uyğun olaraq təlimləri yerinə yetiriblər. Hərbi əməliyyatlar əsasən pusqu-basqın, şərti düşmənin dərinliyinə sızma, atış, minaatanlardan atəş və səngər təmizləmədən ibarət olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Etibar Axundov bildirib ki, hərbçilərin döyüş hazırlığı hər təlimdən təlimə artır.
Onun sözlərinə görə, bütün hərbi təlimlər relyefə uyğun şəraitdə reallaşdırılır:
"Hərbçilərimizin döyüş ruhu günü-gündən artmaqdadır. Çünki onlar qalib ordunun qalib hərbiçiləridirlər. Ölkə başçısı tərəfindən şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki təminatı istiqamətində mühüm işlər aparılıb, eyni zamanda, əsgərlərin döyüş hazırlığının yüksəldilməsi üçün də hər cür şərait yaradılıb".
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Taleh İsrafilov da Kəlbəcərdə xidmət edən hərbçilərdən biridir.
O, xidməti ilə fəxr etdiyini deyib:
"Burada xidmət edən hər bir zabit və əsgər hava şəraitindən aslı olmayaraq, hər an Vətənin keşiyində dayanırlar. Mən 44 günlük Vətən müharibəsində Talış kənd, Suqovuşan və Ağdərə istiqamətində döyüşmüşəm. Qalib ordunun qalib əsgəri olmaqdan qürur duyuram. Ölkə rəhbərliyin hər dəqiqə orduya göstərdiyi diqqət, qayğı nəticəsində təminatımız yüksək səviyyədə təmin edilib. Hava şəraitinin soyuq olması xidmətə heç bir təsir etmir. Şəxsi heyət də bütün tapşırıqları yerinə yetirməyə hər zaman hazırdır”.
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…