Sualınızı başa düşə bilmirəm: sabiq müdafiə naziri Seyran Ohanyana qarşı “əməliyyat” keçirtmək nə deməkdir?
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan hərbi hissələrin balansındakı torpaq sahələrinin Ohanyanın müdafiə naziri olduğu dövrdə satılmasının yalan olduğunu şərh edərkən deyib.
“Kimin kimə hansı titullar verməsindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Biz hamımız, o cümlədən siz və mən qanun qarşısında bərabərik”, - o bildirib.
Jurnalist hakim partiya tərəfindən qəhrəman adına layiq görülmüş keçmiş FHN rəhbəri Andranik Piloyanın hazırda həbsdə olduğunu xatırldanda isə Simonyan belə cavab verib:
“Düşünürəm ki, onu titulundan məhrum etməyin və “milli qəhrəman” adının verilməsi institutuna yenidən baxmağın vaxtı çatıb. Başa düşmək lazımdır ki, barəsində məhkəmə hökmü çıxarılan insanlar qəhrəman olaraq qalmamalıdır”.
Xatırladaq ki, Andranik Piloyan 2020-ci il 44 günlük müharibə zamanı “milli qəhrəman” adına layiq görülüb.
- Bakıda yeni tikilən binada dayaq sütunu uçdu - VİDEO
- Ermənilər də Yutubdan pul qazana biləcək
- Pol Qobl: Azərbaycan regionda dominant oyunçuya çevriləcək!
- ABŞ Azərbaycana qayıqlar tədarük edəcək - Vens
- Vardanyan məhkəmədə son çıxışını etdi
- Daha bir marşrut üzrə avtobuslar yeniləndi
- İlham Əliyevin ABŞ-nin vitse-prezidenti ilə məhdud tərkibdə görüşü başlayıb
- "Bank Avrasiya" ən çox şikayət edilən bank oldu