Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilir.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Milli Müdafiə Universitetində keçirilən təlim kursunda iştirakçılara brifinq təqdim olunub, mobil təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı ətraflı məlumatlar verilib.
Kurs müddətində "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri və bunlara əhatəli yanaşma" və digər mövzularda brifinqlər təqdim olunacaq, eləcə də qeyd olunan mövzulara dair müxtəlif məşğələlər keçiriləcək.
Cari ilin fevral ayının 10-dək davam edəcək kursda Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçular iştirak edir.
- “Azərişıq” Xaçmaz kəndlərinin elektrik təsərrüfatını yeniləyir
- Kadir İnanır vəfat etdi
- Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
- Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı – APPLE EKOSİSTEMİ BİR MƏKANDA
- Bir gündə 122 motoxuliqan saxlanıldı - Video
- Zakir Həsənov MN-in yeni obyektlərini yoxladı
- İsmayıllıda su kanalında batan gəncin meyiti tapıldı - Yenilənib+Video
- İsmayıllıda 23 yaşlı kişi su kanalında batdı