Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi zəlzələ nəticəsində ailəsi vəfat etmiş və ya hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac olduğunu açıqlayıb.
Qeyd olunub ki, müraciət edən namizəd ailələr “e-Devlet” portalı vasitəsilə və ya zəlzələ zonasından kənarda yaşadıqları ərazi üzrə nazirliyin rayon şöbələrinə müraciət edə bilərlər. Nazirlik indiyədək zəlzələ zonasında ailələri tapılmayan, yetkinlik yaşına çatmayanlar üçün yeganə səlahiyyətli qurumdur.
Zəlzələ baş verən gündən dəstəyini əsirgəməyən azərbaycanlılar da bu prosedura müraciət etmək istəyirlər.
BUTA.TV xəbər veriri ki, Türkiyənin Azərbaycandakı fövqəladə səlahiyyətli səfirliyindən Teleqraf.com-a bildirilib ki, Azərbaycan vətəndaşları da zəlzələdə zərərçəkmiş uşaqlara müvəqqəti olaraq qoruyucu ailə olmaq üçün müraciət edə bilər.
- Azərbaycanda hərbi xidmətin müddəti azaldılır?
- Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
- “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - Video
- Xidmət rəisi “neqodnı” olan vətəndaşlara - Çağırış etdi
- Ağdamda ağır qəza: yaralılar var
- Kadir İnanır vəfat etdi
- Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
- Bir gündə 122 motoxuliqan saxlanıldı - Video