Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitirdi. Beləliklə, yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılmalıdır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər