Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Qəhrəmanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
- Buzlu yol Salyanda ağır qəzaya səbəb oldu - Video
- Məhkəmədən Mirədalət Talışxanov barəsində qərar...
- Pensiyalar yeni artımla nə vaxt ödənəcək? - Rəsmi
- AzerGold QSC-nin təsis edilməsindən 11 il ötür
- Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar
- Bakı və Əbu-Dabi qardaşlaşdı - Foto
- Nəriman yeni klubunda nə qədər qazanacaq?
- Qardaşı oğlunu çəkiclə öldürən şəxsə hökm oxundu