İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Şərqi Qüdsdə “Müdafiə qalxanı 2” əməliyyatı üçün göstəriş verib.
BUTA.TV xəbər verir ki, sözügedən əməliyyatın 1967-ci ildə baş verən altı günlük müharibədən sonra ən geniş əməliyyat olacağı bildirilir.
Digər tərəfdən müxalifə lideri Yair Lapid nazirin bu qərarını tənqid edib:
“Tiktok naziri, kabinetlə müzakirələr aparmadan, vəziyyəti dəyərləndirmədən və hüquq-mühafizə orqanı ilə koordinasiya etmədən əməliyyata göstəriş verib”, - Lapid vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Şərqi Qüdsün Ramot məhəlləsində avtobus dayanacağı partladılıb. Nəticədə 2 nəfər ölüb, 5 insan isə yaralanmışdı. “Müdafiə qalxanı 2” əməliyyatının da bu terror hücumuna cavab olaraq keçiriləcəyi deyilir.
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
- “Barselona” “Sabah”a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
- İƏT-in yeni baş katibi seçildi
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu