Türkiyə və Suriya arasında hazırda tək sərhəd-keçid məntəqəsi olduğu üçün humanitar yardımların Suriyaya çatdırılmasında çətinliklər yaranır.
BUTA.TV xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte deyib.
“Zəlzələdən sonra beynəlxalq humanitar yardımlar Türkiyəyə sürətlə çatsa da, Suriya üçün eyni vəziyyəti söyləmək çətindir. İlk dəfə ötən gün 6 TIR Türkiyədən Suriyaya keçə bilib. Biz də üzərimizə düşəni etməyə çalışırıq. Ərdoğan hökuməti ilə münasibətlərimiz yaxşıdır və təbii ki, bundan sözügedən məsələ üçün istifadə etmək istəyirik”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3553 nəfərə çatıb.
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
- “Barselona” “Sabah”a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
- İƏT-in yeni baş katibi seçildi
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu