Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelekom” MMC dövlət qurumları üçün “Mikrosoft” məhsullarının pulsuz paylanması ilə bağlı müqavilənin uzadılmasını planlaşdırmır.
BUTA.TV xəbər verir ki, bu barədə “AzInTelekom”dan məlumat verilib.
“2018-ci ildə “AzInTelecom” MMC tərəfindən dövlət qurumlarından öncədən toplanmış lisenziya tələbatına əsasən dəstək məqsədilə onlara lisenziyalar paylanılıb və dövlət qurumları “Mikrosoft” məhsulları ilə 3 illik ödənişsiz olaraq təmin edilib.
Hazırda isə lisenziyanın yenilənməsi məqsədilə bir sıra dövlət qurumları fərdi qaydada “Mikrosoft” şirkətinə müraciət edirlər”, - məlumatda bildirilib.
Qeyd edək ki, bir sıra dövlət orqanlarının İT üzrə məsul şəxsləri “Mikrosoft” məhsullarının qiymətlərinin yüksək olmasından və nəticədə qurumun illik büdcəsinin kifayət qədər böyük hissəsinin məhz bu məhsulların lisenziyalarının alınmasına xərclənməsindən şikayətlənir.
Onlar lisenziyaların yenidən pulsuz paylanmayacağı təqdirdə pulsuz sistemi olan “Linux” və ya digər alternativlərə keçid edəcəklərini deyiblər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) də qeyd edilən problemdən xəbərdar olduqlarını və onun həlli istiqamətində müzakirələr aparmaq niyyətində olduqlarını vurğulayıb.
- “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
- Netanyahunun oğluna sui-qəsd cəhdi: Detallar…
- Husilər bu limanı ballistik raketlərlə vurdular
- Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
- Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi - Qanaxmadan öldü
- 1646-cı gün: Rusiyanın itkiləri yeniləndi
- “Lukoyl”un bütün neft emalı zavodları vuruldu
- Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama