Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağaza və aptekdən silsilə oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, araşdırmalar zamanı əvvəllər məhkum olunmuş Samir Əsgərovun rayonun Yeni Qızılca kəndindəki mağazadan 1900 manat pulu, aptekdən isə 2000 manat dəyərində dərman preparatlarını oğurlaması məlum olub.
Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2021-ci ildə rayon ərazisində soyğunçuluq cinayəti törətməsi də məlum olub. Belə ki, S.Əsgərov aptekə daxil olaraq orada satıcı işləyən qadına zor tətbiq edərək kassada olan pulu tələb etmiş lakin sonuncu müqavimət göstərdiyinə görə cinayəti başa çatdıra bilməyib.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
- AZAL-dan Naxçıvan reysləri ilə bağlı məlumat
- Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı
- Türkiyədə 800 minlik saxta evlilik - Azərbaycanlı qadın həbs edildi - Video
- Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
- Bakıda boğazı kəsilən gənc motosikletlə qardaşının yanına getdi
- Təhlükə var, amma xəbərdaredici nişan quraşdırılmayıb - Video
- Yağış nə vaxt kəsəcək? - Proqnoz