Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı vurğulayıb:
“Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcuddur. 28 il ərzində heç bir nəticə verməmiş Minsk qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa Birliyi tərəfindən təşkil edilən platformamız var”.
Prezident İlham Əliyev qeyd edib ki, Fransa hökumətinin birtərəfli ermənipərəst mövqeyi səbəbindən o, artıq orada yoxdur.
“Bu da aydındır, sən vasitəçisənsə, kiminsə tərəfini saxlaya bilməzsən. Siz kiminsə tərəfini saxlamağınızı nümayiş etdirə bilməzsiniz”, - deyə dövlətimizin başçısı qeyd edib.
- Ermənistan qurumdan çıxarılacaq? - KTMT elan etdi
- Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
- Nepalda güclü daşqın: ölənlərin sayı artdı
- İran ABŞ-ın iqtisadi blokadasına qarşı belə mübarizə aparır
- Nigar Fərhad saxlanıldı
- Robert Köçəryan həbs edildi
- Putin Ukraynaya bir anda nüvə zərbəsi endirə bilər - Blumberq
- Almaniya 80 il sonra yenidən qayıdır: Qlobal mərkəzə çevrilir!