Cənab Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin etməsi və onun fəaliyyəti özünü müsbət yöndə doğrultdu. Yeni struktur yaxşı çalışır və orada intensiv quruculuq işləri həyata keçirilir. Aldığım məlumata görə, belə bir struktur islahatı bütün ölkə üzrə gözlənilir. Naxçıvan da daxil olmaqla, Azərbaycanın 14 iqtisadi rayonu var. Məncə, ölkə prezidentinin sərəncamı ilə bu rayonların hər birinə xüsusi nümayəndə təyin ediləcək.
Bu sözləri BUTA.TV-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Sözügedən islahatın ölkədə tam olaraq nə zaman tətbiq ediləcəyinə gəlincə, deputat bildirib ki, bu, Azərbaycanda referendum keçirildikdən sonra mümkündür:
“Konstitusiyaya dəyişiklik edilməlidir. Təbii ki, referendum keçirildikdən sonra. Ardınca da yeni strukturun icra mərhələsi reallaşacaq. Naxçıvanda baş verən son hadisələr, eləcə də ciddi korrupsiya faktları bu islahatı daha da tezləşdirməyə təkan verir. Azərbaycan Prezidenti mütəmadi olaraq islahatlar həyata keçirir. Amma bu struktur dəyişikliyi üçün mütləq referendum keçirilməlidir. Yəqin ki, müəyyən işlər görülür və lazım olduqda məsələ referenduma çıxarılacaq”.
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı