Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən və sakinlərin çimərlik kimi istifadə etdiyi ərazidə dəniz suyu qəhvəyi rəngə boyanıb. Sosial şəbəkələrdə yayılan görüntülər sakinləri təşvişə salıb. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ərazidən nümunə götürüldüyünü açıqlayıb. Bildirilib ki, nəticələr Mərkəzi Laboratoriyada yoxlanıldıqdan sonra ictimaiyyətə təqdim olunacaq. Görüntülərə əsasən, rəngin suda həll olunmuş vəziyyətdə olduğu müşahidə edilir.
BUTA.TV xəbər verir ki, ekoloq Sadiq Həsənov Bakupost.az-a hadisənin bir neçə mümkün səbəbi olduğunu deyib:
“Zirə qəsəbəsi demək olar ki, mərkəzləşdirilmiş kanalizasiya xətti ilə təmin olunmayan bir ərazidir. Bu baxımdan, səbəblərdən biri qəsəbənin yaxınlığındakı hansısa obyektdən çirkab suların dənizə axıdılması ola bilər. Xüsusilə nəzərə alaq ki, Zirə dənizə yaxın yerləşir və burada müxtəlif girintili-çıxıntılı sahələr var. Çirkab suların dənizə axıdılması nəticəsində suyun tərkibində azotun miqdarı artır. Bu isə fitoplanktonların, yəni dənizdəki yosunların sürətlə inkişaf etməsinə səbəb olur. Azot onların inkişafını sürətləndirən əsas amillərdəndir. Ola bilər ki, müəyyən ərazidə fitoplanktonların kütləvi artımı baş verib və onlar çoxaldıqda suya qarışaraq sarı və ya qəhvəyi rəng yaradır. Düşünürəm ki, səbəblərdən biri məhz budur. Çünki videoda görünür ki, insan suya toxunur və suyun şəffaflığında dəyişiklik yoxdur, rəng suda həll olunmuş vəziyyətdədir. Əgər bu kükürd və ya digər kimyəvi maddələr, yaxud dəmir filizi kimi metal tərkibli axıntılar olsaydı, bu dərhal hiss olunardı.
İkinci səbəb isə müxtəlif turşu tipli kimyəvi maddələrin axıdılması ola bilər ki, bu da küləyin təsiri ilə yayılıb belə görüntü yarada bilər. Amma düşünürəm ki, əsas səbəb fitoplanktonların həddindən artıq artmasıdır”.
- Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı
- Bakıda açıq ərazidə yanğın başladı
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...
- Zirədə Xəzər suları niyə qəhvəyi rəngə boyanıb? - Video
- Ceyhun Cəlilova etiraz edib işdən çıxıblar?