İngiltərənin dünya çempionatının yarımfinalında Argentinaya 1:2 hesabı ilə məğlub olmasından sonra meydanda gərgin anlar yaşanıb.
“BUTA.TV” xəbər verir ki, “üç şirlər”in yarımmüdafiəçisi Cud Bellinqem final fitindən dərhal sonra argentinalı futbolçu Valentin Barkoya şillə vurub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Bellinqemin ehtiyat oyunçular skamyasında olan Barkonu vurduğu aydın görünür.
Hadisə Barkonun komanda yoldaşları ilə birlikdə finala vəsiqəni qeyd etdiyi an baş verib. İngilis futbolçunun bu reaksiyasının səbəbi məlum deyil.
Bellinqem matçın son dəqiqələrində də emosiyalarını cilovlamaqda çətinlik çəkib. O, əlavə vaxtda Lionel Messiyə qarşı sərt qayda pozuntusuna yol verib, daha sonra isə argentinalı müdafiəçi Nikolas Otamendi ilə mübahisə edib.
Buna baxmayaraq, hakim Bellinqemə sarı vərəqə göstərməyib.
Qeyd edək ki, İngiltərə son dəqiqələrdə buraxdığı iki qoldan sonra DÇ ilə vidalaşıb. Argentina isə finalda İspaniya ilə qarşılaşacaq.
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı
- Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı
- Qubada 5 aylıq hamilə xəstəxanada öldü
- Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı
- Ölkəmizi dünya ilə birləşdirən hava körpüsü... - Video
- Şəmkir rayonunda kütləvi zəhərlənmə...
- Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - Yenilənib